“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” – QUSARDA MAARİFLƏNDİRİCİ TOPLANTI / FOTO

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsil bir silahdır” adlı ilk tədbirini  30 oktyabr 2024-cü il tarixində Qusar rayonunda keçirmişdir.

Tədbiri giriş sözü ilə Qusar rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Kamran Sədullayev açaraq, qonaqları salamlamış və bu mövzunun həmişə aktual olduğunu söyləmişdir. O qeyd etmişdir ki, respublikamız bizim inkişafımızı istəməyən dövlətlərin əhatəsində yerləşir və onlar gənclərimizi müxtəlif yollarla dini cəryanlara cəlb etməyə çalışırlar. Əsasən də savadsız, imkansız gəncləri müxtəlif şirnikləndirici vasitələrlə əla alırlar.

Təşkilatın icraçı drektoru Tələt Qəribov çıxışında bildirmişdir ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb: “Biz həmişə bir xalq, millət kimi başqa xalqlara, başqa dinlərə də hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir”.

“Sağlam Həyata Döğri” Ekoloji İctima Birliyinin sədri, kimya elmi üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzunun çox aktual olduğunu və bu kimi tədbirlərin gənclərimiz arasında müntəzəm aparılmasının vacibliyini qeyd etmişdir.

Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşı Mehman Məmmədov bu sahədə  rayonda aparılan maarifləndirici işlərdən danışmışdır.

Qusar rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ramin Məcidov, Qusar rayon İcra Hakimiyyətinin əməkdaşı Rixarq Qədimov, Qusar rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşı Elxan Osmanov  çıxışlarında bu sahədə rayonda gənclər arasında aparılan proflatik işlərdən danışmışlar.

Tədbir çay süfrəsi ətrafında aparılan müzakirələrdən sönra başa çatmışdır.

Stopnarkotik.az