DİN və ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, çağırışda bildirilir ki, təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər.

"Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq", - deyə vurğulanır:

• Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!
• Yalnız gündəlik işlək yollardan istifadə edin!
• Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!
• Naməlum əşyalara toxunmayın!
• Özünüzü, ailənizi, yaxınlarınızı düşünün!