Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə Stopnarkotik.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, "Yeni ilə özəl endirimlər" kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz:
“Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, Onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”.