Cəlilabad sakinləri qanunsuz saxladıqları silahlarını polisə təhvil verdi - FOTO

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.