Cinayət şəbəkəsi ifşa olundu: ALTI TONDAN ÇOX MARİXUANA VƏ HƏŞİŞ ƏLƏ KEÇİRİLDİ/VİDEO

İspaniya və İtaliyada külli miqdarda marixuana alveri ilə məşğul olan 8 nəfər həbs edilib. Cinayət şəbəkəsi altı tondan çox marixuana və həşiş daşınması edərkən ələ keçirilib.

Stopnarkotik.az xəbər verir ki, Avropol İtaliyanın Maliyyə Qvardiyasına (Guardia di Finanza) və İspaniyanın regional Kataloniya polisinə (Mossos d'Esquadra) Avropaya qaçaqmalçılıqla tonlarla marixuana daşınmasının arxasında duran böyük cinayət şəbəkəsinin dağıdılmasında dəstək verib.

“Eurojust” tərəfindən də dəstəklənən istintaq çirkli pulların yuyulması şəbəkəsinə də zərbə vurdu. Avropol bildirib ki, ümumilikdə 78 həbs (İtaliyada 58, İspaniyada 20), 104 axtarış (İtaliyada 89 və İspaniyada 25) və 350 kq-a yaxın marixuana (327 kq həşiş və 33 kq marixuana), 845.000 avro dəyərində sənədlər və aktivlər, silahlar və elektron avadanlıqlar ələ keçirilib.

2022-ci ilin noyabrında Avropol 36 alban, italyan və ispan şübhəlinin İtaliyada həbsin əməliyyatını dəstəklədiyi zaman, cinayət şəbəkəsinə artıq zərbə vurulmuşdu. Hollandiya və İspaniyanın hakimiyyət orqanları Avropolun həbs orderləri ilə daha 6 şübhəlini həbs edib.

Təkcə 2019-2021-ci illər arasında İtaliya və İspaniyanın hüquq-mühafizə orqanları altı tondan çox sirr və həşiş, həmçinin kannabinoid əsaslı elektron siqaret doldurmalarını müsadirə edib.

İtaliyada hələ 2019-cu ildə, İspaniyada isə 2022-ci ildə bu cinayət qrupunun araşdırılmasına başlanılıb. “Sky Ecc” və “Ecrochat” kimi platformalardan istifadə edə bilən insan alverinin arxasındakı qruplarla bağlı da araşdırmalar aparılıb. Narkotikin daşınması üçün ödənişlər “fei-tszyan” kimi tanınan qeyri-rəsmi pul köçürmə vasitəsilə həyata keçirilirmiş. Əsasən Çin vətəndaşları tərəfindən idarə olunan bu “yeraltı bank köçürmə sistemi” məxfi ofislər şəbəkəsi vasitəsilə bir ölkədən digərinə nağd pul köçürməsinə imkan verir.

Pul fiziki olaraq göndərilmir, lakin sonra ofislər bir-birini kompensasiya edir. İstintaq zamanı iki ayrı şəbəkə aşkarlanıb: biri narkotik vasitələrin qanunsuz dövriyyəsi, digəri isə çirkli pulların yuyulması ilə məşğul olub. Fərqlərinə baxmayaraq, şəbəkələr liderləri vasitəsilə bir-biri ilə bağlanıb.

Stopnarkotik.az