Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Lənkəran rayonunun bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Separadi, saat 13:00-dan 15:30-dək Sinovli, Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.