Bu ölkə marixuananı qanuniləşdirir

Baham Adaları Birliyinin hökuməti hazırda marixuananın tibbi məqsədlər üçün istifadəsini dekriminallaşdırmaq və tənzimləmək məqsədi daşıyan qanunvericiliyə düzəlişlər üzərində işləyir.

Bu barədə yerli “Tribune” qəzeti yazıb. 

Hazırda marixuananın dekriminallaşdırılmasına dair qanunun hazırlanması üçün ictimai məsləhətləşmələr aparılır. Təklif olunan qanun layihəsi marixuananın becərilməsi, daşınması və pərakəndə satışının lisenziyalaşdırılmasını nəzərdə tutur.