“Bloomberg Intelligence”: Marixuananın leqallaşması alkoqol bazarını öldürəcək

Bloomberg Intelligence”in araşdırması ortaya çıxarıb ki, marixuananın leqallaşması alkoqol sənayesi üçün təhlükə vəd edir.

1000 amerikalı arasında aparılan sorğuya əsasən, demək olar ki, onların yarısı (49%) ən azı həftədə bir dəfə marixuananı alkoqoldan üstün tutur və hər beş nəfərdən biri (22%) spirtdən daha çox çətənədən istifadə edir.

Stopnarkotik.az xəbər verir ki, mütəxəssislər marixuana bazarının genişlənməsinin alkoqol satışının azalmasına və nəticədə alkoqol istehsalçılarının səhmlərinin qiymətinin aşağı düşməsinə səbəb olacağını proqnozlaşdırırlar.

TD Cowen tərəfindən aparılan araşdırma 2027-ci ilə qədər ABŞ-da marixuana istifadəçilərinin sayının əhəmiyyətli dərəcədə artacağını - 18 milyon nəfərin - alkoqoliklərin sayının isə 2 milyon azalacağını proqnozlaşdırır.

Təxminən eyni mənzərə marixuananın leqallaşdırılmasından sonra pivə satışının 2,8% azaldığı Kanadada da müşahidə olunur. Bu, bir çox kanadalıların pivədən marixuanaya keçdiyini göstərir ki, bu da spirt sənayesi üçün qırmızı bayraq ola bilər.

Stopnarkotik.az