Bir vəkil qurumdan xaric edildi, biri cərimələndi

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Kollegiya məlumat yayıb.

Bildirilib ki, yol verdikləri intizam pozuntularına görə 1 vəkil qurumdan xaric edilib, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb, 3 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.