Bir anlıq intihar barədə düşündüm, amma... - BAYDENDƏN ETİRAF

ABŞ Prezidenti Co Bayden gözlənilməz etiraf ilə müzakirələrə səbəb olub.

Stopnarkotik.az xəbər verir ki, prezident 1972-ci ildə birinci həyat yoldaşı və qızının avtomobil qəzasında həlak olmasından sonra intihar barədə düşündüyünü deyib.

“O an düşündüm ki, intihar etmək üçün dəli olmaq lazım deyil... Bir anlıq bu barədə düşündüm, amma iki övladım var idi”, - Bayden jurnalist Hovard Stern ilə radio müsahibəsində açıqlayıb.

O qeyd edib ki, bu barədə düşünməyinə baxmayaraq, intihar etmək niyyəti olmayıb.

Xatırladaq ki, Baydenin birinci həyat yoldaşı Neyliya və azyaşlı qızı Naomi 1972-ci ilin dekabrında avtomobil qəzasında həlak olub. Qəzada onun iki oğlu Hunter və Bo isə xəsarət alıblar.