Baş prokurorun müavini və digər əməkdaşlar yanğın yerindədir - RƏSMİ AÇIQLAMA

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Baş Prokurorluğun mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə  məlumatın verilməsi təmin ediləcəkdir.