Baş prokuror Kamran Əliyev oktyabrın 11-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək:
"Vətəndaşlar şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər."