Balıqçı gəmisində 1,5 ton kokain ələ keçirildi - ƏMƏLİYYAT

İspaniyanın hüquq-mühafizə orqanları göyərtəsində 1,5 ton kokain olan balıqçı gəmisini ələ keçiriblər.

TASS xəbər verir ki, bu barədə krallığın milli polisinin yaydığı press-relizdə məlumat verilib.

Məlumata görə, Braziliya bayrağı altında üzən 25 metrlik gəmi Kanar adaları yaxınlığında aşkar edilib. Polis ekipajın bütün üzvlərini – Braziliyanın 5 və Venesuelanın 1 vətəndaşını saxlayıb.

Narkotiklərin balıqçı gəmisinin mühərrik bölməsinin xüsusi düzəldilmiş hissəsində gizlədildiyi vurğulanıb.