Bakının bu rayonunda su olmayacaq - XƏBƏRDARLIQ

Bu gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Stopnarkotik.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.