Bakının Yasamal rayonu ərazisində bir yeniyetməyə zor tətbiq edən qadının onun 50 manatını talaması barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.