01 oktyabr 2024-cü il tarixdə saat 06:45 radələrində avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, Bakı Beynalxalq Avtovağzal kompleksinin yaxınlığında yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı əlindəki kəsici alətlə “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlunun qarın nahiyyəsinə vurmaqla sonuncuya xəsarət yetirib.
Stopnarkotik.az-ın məlumatına görə, Bayramov Elnur İsrafil oğlu şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Binəqədi RPİ-də Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.