Paytaxt restoranlarından birində pul qabı oğurlanıb.
Hadisə Bakının "Tarqovı" kimi tanınan məşhur Nizami küçəsində yaşanıb. "McDonalds"da yemək yeyən şəxs daha sonra məkanı tərk edəndə naməlum şəxs onun pul qabısını oğurlayıb.
Bu barədə zərərçəkmiş şəxs Baku.ws-in "Qaynar xətti"nə məlumat və görüntülər göndərib.
Qeyd edilib ki, pul qabında şəxsiyyət vəsiqəsi, müəyyən miqdrada pul və bank kartları olub. Yaşanan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Zərərçəkmiş bu barədə polisə müraciət etdiyini də bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
***
Daxili İşlər Nazirliyi (DİN) Bakıda restoranda pul qabının oğurlanması hadisəsinə reaksiya verib.
Qurumun Mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, hadisə araşdırılır:
"Hazırda hadisə araşdırılır. Nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".