Bakının Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən KİA markalı avtomobil qaçırılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Bəşirov dekabrın 24-də gecə saatlarında Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.