Bakıda evdə meyit tapılıb.
Stopnarkotik.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in"112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.