Bakıda dəm qazından zəhərlənərək ölən direktorun yerinə YENİ TƏYİNAT

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) məxsus "İZİA Development" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin olunub.

 

Stopnarkotik.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.

Belə ki, Azər Qurbanov "İZİA Development"in direktoru təyin olunub. O bu təyinatadək Agentliyin Rezidentlərə dəstək şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl "İZİA Development"in direktoru vəzifəsində bu ilin fevralında dəm qazından boğularaq ölən 64 yaşlı Rəşad Əliyev çalışıb.