Qazaxıstanda yeni qanun - Dövlət vəzifəliləri narkotestdən keçiriləcək

Qazaxıstanda dövlət işçilərini narkotiklərə görə yoxlaya bilərlər. Stopnarkotik.az xəbər verir ki, Senat qanun layihəsini təsdiqləyib.

Bu qərara görə, bəzi dövlət işçiləri üçün narkotik və psixotrop maddə istifadəsinə görə məcburi yoxlamalar aparıla bilər. Dəyişikliklər 18 qanunvericilik aktına, Əmək Məcəlləsinə və səhiyyə haqqında qanuna təsir edəcək. Yoxlamalar hamıya yox, yalnız xüsusi siyahıya düşən vəzifələr üçün olunacaq.

Bu siyahı isə müəyyən meyarlara əsasən hazırlanacaq.

 Dövlət Xidməti üzrə Agentliyin sədr müavini Salauat Muksimov izah edib ki, sözgüdən dəyişikliklər iki kateqoriya dövlət işçilərinə aid oluna biləcək:

-rəhbər şəxslərə-tabeçiliyində başqa dövlət işçilərinin olduğu şəxslər mütləq əkildə yoxlamadan keçəcəklər.

-xüsusi vəzifəlilər-işi xüsusi şərtlərlə əlaqəli olan əmkdaşlar, məsələn dövlət sirrləri ilə. Belə vəzifələrin siyahısını hər dövlət orqan rəhbəri fərdi olaraq təyin edəcək.

Qanun layihəsi təkcə narkotikin aşkarlanmasını nəzərdə tutmur, həm də dövlətin daxilində pozuntulara “sıfır dözümlülük” formalaşdırılmasına hesablanıb.    

Stopnarkotik.az