İran yeni təkliflər paketini təqdim etdi

İran ABŞ-la danışıqlar üçün yeni təklifin mətnini Tehran və Vaşinqton arasında danışıqlarda vasitəçilik edən Pakistana təhvil verib.

Bu barədə IRNA məlumat yayıb.

Qeyd edilib ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ötən axşam müharibəyə son qoymağın və davamlı sülhə nail olmağın Tehranın ABŞ-la danışıqlarda prioriteti olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ və İran arasında ötən ay baş tutan birbaşa danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Pakistan İran və ABŞ arasında vasitəçi rolunu oynamağa davam edir.