Bakıda 52 yaşlı kişinin meyidi tapılıb.
Stopnarkotik.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Bəhruz Quliyev Sabunçu rayonu ərazisində yaşadığı evin həyətindən asılı vəziyyətdə aşkar edilib.
Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.