Bakıda 4400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı

Bakının Nizami rayonu ərazisində daha bir oğurluq hadisəsi isə ticarət mərkəzlərinin birində baş verib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dəyəri 4400 manat olan qızıl-zinət əşyasının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən edilərək saxlanılıb.