Azərbaycanlılar “Vaqnerçilər”i döyüb qarət etdilər - FOTOLAR

Rusiyanın Meqion şəhərində Şimal Hərbi Dairəsindən qayıdan “Vaqner PMC”nin hərbi qulluqçularını qarət edən azərbaycanlı mütəşəkkil cinayətkar dəstənin üzvlərinin saxlanıldığı bildirilir.

Bu barədə sosial şəbəkələrin Rusiya seqmentində məlumat yayılıb.

“Onlar tanışlarının köməkliyi ilə “Vaqner PMC”də xidmət etdikdən sonra evlərinə qayıdan keçmiş məhbusların (“Vaqnerçilər”) adlarını və yaşayış yerlərini öyrənib, sonra döyüb, pullarını alıblar. 1997-ci il təvəllüdlü Rəsul, 2002-ci il təvəllüdlü Xaso və 2000-ci il təvəllüdlü Şamil qərara gəliblər ki, keçmiş məhbusların qohumları və dostları yoxdur və onlara heç kim kömək etməyəcək. Bildirilir ki, onlar Xantı-Mansi muxtar dairəsində saxlanılıblar, barələrində bir sıra maddələrlə cinayət işi başlanıb”, - məlumatda deyilib.

Qeyd edilib ki, “Vaqner PMC”nin rəhbəri Yevgeni Priqojinin mətbuat xidməti hadisə faktını təsdiqləyib./yeniavaz.com