Sosial şəbəkələrdə Astara rayonunun Kijəbə qəsəbəsində Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadovun aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb etməsi barədə məlumat yayılıb.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, həmin müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər arasında borc mübahisəsi var. İlkin araşdırma zamanı hədə-qorxu ilə tələb etmə faktı təsdiqini tapmayıb və həmin müraciətin qərəzli şəkildə edildiyi müəyyən olunub. Hazırda məsələ ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
***09:13
Astara rayonunda aptekə basqın edilib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.
Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb edib.
Sahibkar bu barədə dərhal polisə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.