Gəncədə işdən gələn zaman ona yemək vermədiyi üçün arvadını söyən şəxs saxlanılıb.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, 1976-cı ildə Kəlbəcər rayonunun Bağırlı kəndində anadan olmuş M.N. həyat yoldaşına xəsarət yetirdiyinə görə bir dəfə məhkum edilib, iki dəfə onu döydüyünə görə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada həbs olunub. Bundan sonra həyat yoldaşı ilə boşanıb.
Bir müddət əvvəl M.N. bir evdə yaşadığı keçmiş arvadı ilə 4-cü dəfə barışmaq qərarına gəlib. Lakin işdən gələn zaman keçmiş arvadından ona yemək verməsini tələb edib və aralarında yenidən mübahisə yaranıb. Buna görə də yenidən dava salıb, ictimai qaydanı pozub və səs-küy salıb.
M.N. edilən şikayət əsasında saxlanılıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 20 gün müddətinə inzibati həbs edilib.