Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunda məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Kür çayının Ağstafa rayon Poylu qəsəbəsindən keçən hissəsində qeyri-qanuni balıq ovu ilə məşğul R.Hüseynov saxlanılıb.
Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumulyator, bir ədəd "damça" adlandırılan balıqovlama vasitəsi, 95 ədəd xramulya balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.