Abşeronda kişi meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Samur-Abşeron kanalının Abşeron rayonu, "Stansiya Sumqayıt" ərazisinə düşən hissəsində qeydə alınıb.
Meyit tapılarkən üzərində xəsarət izləri olmayan kişi cinsinə aid olduğu aşkar edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.