9,2 kiloqram narkotik dövriyyədən çıxarıldı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda ötən gün 9 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 30-da ümumi çəkisi 9,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.