Xaçmazda həmkəndlisini döyərək, ölümünə səbəb olan şəxs polis tərəfindən saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, oktyabrın 12-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, fiziki qüsurlu 57 yaşlı Akif Qəribovu döyərək və bir neçə gündən sonra aldığı xəsarətlərdən ölümünə səbəb olan şəxsin kimliyi məlum olub.
Belə ki, A.Qəribova küt alətlə ağır xəsarətlər yetirən onun həmkəndlisi 1974-cü il təvəllüdlü Eynulla Musayev isə polis tərəfindən saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu hadisə Eynulla Musayevin törətdiyi ilk qətl hadisəsi deyil. O, 2013-cü ildə onunla intim münasibətdən imtina edən həyat yoldaşı Şərqiyyə Musayevanın başını kəsərək qətlə yetirib. E.Musayev 2014-cü ilin yanvarında məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan mərhum edilmişdi.
***11:59
Xaçmazda qətl hadisəsi baş verib.
Stopnarkotik.az bizim.media-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini, 57 yaşlı Akif Mövsüm oğlu Qəribov rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində həyatını itirib.
Qeyd edək ki, Akif Qurbanov bir neçə həftə əvvəl baş nahiyəsinin ağır xəsarətlərilə xəstəxanaya çatdırılmışdı.
Artıq hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.