4,2 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı - ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 24-də ümumi çəkisi 4,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.