20 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - DİN-dən ƏMƏLİYYAT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də ümumi çəkisi 20 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 16 kiloqrama yaxın marixuana, 2,6 kiloqramdan artıq tiryək, 1 kiloqramdan çox həşiş qətranı, 420 qram heroin, həmçinin 97 ədəd psixotrop tərkibli həb olub. 

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.