2 il küçələrdə yaşayan Zaurun dəhşətli həyat hekayəsi – “Rəngli yuxu” görmək üçün ağır nark*tik istifadə etdim”

“Evdən oğurluq edirdim, telefon, qızıl, pul götürmüşəm...”

Zaur Bəşirov ilk dəfə 16 yaşında yüngül narkotik istifadə etməyə başlayıb. Universitetə daxil olduqdan sonra özünü daha sərbəst hiss etdiyi üçün, narkotik maddədən davamlı istifadə etməyə başlayıb.

21 yaşında - universiteti bitirdikdən sonra ağır nark*tiklərə keçib. O, bildirir ki, ağır nark*tik istifadə etməkdə məqsədi “rəngli yuxu” görmək olub...

“Valideynlərimə zülm etmişəm”, - deyən Zaur etiraf edir ki, nark*tik aludəçisinə çevrildiyi üçün ata-anası vaxtsız vəfat edib. Deyir ki, nark*tik əldə etmək üçün evdən dəfələrlə oğurluq edib: “Telefon, qızıl, pul götürmüşəm”.

“Atam ölüm ayağında olanda onu tək qoyub, gedib narkotik istifadə etdim”, - əlavə edən Z.Bəşirovun sözlərinə görə, nark*tikə görə bacısı, qohumları ondan üz döndərib, hələ də onu qəbul etmirlər. Bu səbəbdən o, “keçmişə qayıtsaydım, heç vaxt nark*tik istifadə etməzdim”, - deyir.

Zaur Bəşirov onu da vurğulayır ki, anası rəhmətə gedəndən sonra “dibə vurub”: “Küçələrdə, zirzəmilərdə, köhnə maşınlarda yatırdım. Gecə ilə gündüzü də qarışdırırdım, bilmirdim ki, səhərdir, gecədir. Bəzən günlərlə yatırdım. Ölmək istəyirdim ki, canım qurtarsın”.

Buyurun, Zaur Bəşirovun həyat hekayəsini onun öz dilindən eşidin.

Stopnarkotik.az