“Yalnız bu halda gedəcəm” - Zelenski nə vaxt istefa verə biləcəyini açıqladı

Yalnız Rusiya ilə müharibə başa çatdıqdan sonra Zelenski Ukrayna prezidenti postunu tərk etməyə hazırdır.

Stopnarkotik.az AzPolitika.info-a istinadən xəbər verir ki, Volodimir Zelenski Ukrayna prezidenti vəzifəsindən istefa verə biləcəyini deyib. Lakin bu, yalnız müharibə başa çatdıqdan sonra baş verəcək. Bu barədə dövlət başçısı BBC-yə müsahibəsində danışıb.

Jurnalist ondan prezidentliyini davam etdirə bilməyəcəyi bir situasiyanın mümkünlüyü barədə soruşub. Ukrayna lideri cavab verib ki, bu, mümkündür: “Çünki biz hamımız insanıq".

Zelenski hakimiyyəti başqasına ötürə biləcəyini də qeyd edib, lakin bunun yalnız Rusiya ilə müharibə bitdikdən sonra baş verəcəyini vurğulayıb: "Biz müharibəyə son verməliyik. Biz onu (Vladimir Putini - red.) bitirməliyik. Hesab edirəm ki, bu, xalqımız və ölkəmiz üçün çox vacibdir".

Xatırladaq ki, Konstitusiyaya görə, 2019-cu ildə seçilən Zelenskinin səlahiyyətləri onun vəzifəyə başlamasından 5 il sonra başa çatmalı idi. Amma müharibə səbəbindən yeni dövlət başçısı seçkisi olmadı.

Rusiyanın genişmiqyaslı işğalı səbəbindən Ukraynada hər hansı seçkilərin keçirilməsini qadağan edən hərbi vəziyyət tətbiq edildi.