“Nüvə müharibəsi riski sistemin dağılmağa yaxın olduğu ilə bağlı bir həyəcan siqnalıdır. Vəziyyət ciddi və kritikdir. Raketlərin atıldığı və nüvə başlıqlı raketlərin hazır vəziyyətdə saxlandığı qaranlıq düşüncələr gələcək baxışımıza kölgə saldı. Hara baxsaq, qanlı döyüş səhnələri gözə dəyir. Beynəlxalq sistem iflas edib. Dünya ölümcül çağırışlar səhnəsinə və qanlı münaqişələr meydanına çevrilib”.
Bunları Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərkən deyib.
Baxçalı qeyd edib ki, Türkiyə hər ssenariyə hazır olmalıdır:“Genişlənən münaqişələr dünyanı bürüyür. Dünyada 3 il ərzində münaqişələr 65 faiz, münaqişələrin təsirinə məruz qalan coğrafi ərazilər isə 2,8 faizdən 4,6 faizə yüksəlib. Ölənlərin sayı isə 29 faiz artıb. Risk səviyyəsi 27 ölkədə cəmləşib. Afrikanın 10 faizi münaqişə zonasına çevrilib.Ukrayna-Rusiya müharibəsi və günü-gündən daha da gərginləşən gərginlik atmosferi, Qərbin Rusiyaya hücumu bəyənməsi və Rusiyanın cavab tədbirləri kabus ssenarilərini aktivləşdirib. Baydenin Ukraynaya verilən icazədən sonra Putinin imzaladığı nüvə doktrinasını bəyəndiyi açıq-aydın görünür. Bütün dünya qorxu tunelindədir. Putinin ritorikası 3-cü dünya müharibəsi ehtimalını gündəmə gətirib. Ötən əsrdə baş verən iki dünya müharibəsinin ən ağır nəticələri ilə üzləşən türk millətidir. Sülhün qorunması və danışıqların aparılması bizim strateji prioritetimiz olmalıdır”.