“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu lənətləyib.
Priqojin öldürülmüş vaqnerçilərin meyitlərini göstərərək cəbhədə silah-sursat çatışmazlığından şikayətlənib.
“Bizdə sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursat hardadır? Bahalı klublarda oturursunuz, məxluqlar. Övladlarınız əylənir, Yutubda videolar çəkirlər. Düşünürsünüz ki, siz bu həyatın ağalarısınız və onların (cəsədləri göstərir - red.) həyatı ilə oynamağa hüququnuz var. Elementar hesablamalar var - sursat normasını versəniz, beş dəfə az ölü olar. Onlar burada könüllü olublar və sizin kabinetlərinizdə kökəlməyiniz üçün ölürlər”.