Türkiyədə İŞİD-ə qarşı xüsusi əməliyyat - VİDEO

Türkiyə xüsusi xidmət orqanları “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri saxlayıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

“Ölkənin dörd vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, - nazir “X”də (keçmiş “Twitter”) yazıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının üç mindən çox tərəfdarı saxlanılıb.