Türkiyənin 23 vilayətində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Stopnarkotik.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və prokurorluq tərəfindən təşkil olunub
Terror təşkilatının Türkiyədə fəaliyyət göstərən sturukturunun 74 üzvü saxlanılıb. Həmin sturukturun Gürcüstan, Azərbaycan, İraq, Mali, Sudan, Əlcəzair və Liviyada da fəaliyyət göstərməyə cəhd etdiyi müəyyən edilib.
Təşkilatın bəzi üzvlərinin Gürcüstanda təlim keçidiy bildirilir. Saxlanılan şəxslərin üzərində silah və sursatlar da aşkar edilib. Hazırda faktla bağlı araşdırmalar aparılır.