Türkiyə hərbi yük təyyarəsində 20 nəfər hərbçi olub

Türkiyə Milli Müdafiə Nazirliyi bu gün Azərbaycan-Gürcüstan sərhəddində qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib.

Stopnarkotik.az xəbər verir ki, açıqlamaya görə, Türkiyə təyyarəsi barədə Hərbi Hava Qüvvələrinin C-130 təyyarəsində ekipaj üzvləri də daxil olmaqla 20 hərbçi olub.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, təyyarə Gəncə yaxınlığından havaya qalxıb. "Flightradar24"ün yaydığı kadrlarda onun Ağstafaya yaxın Gürcüstan ərazisində qəzaya düşdüyü əks olunub. Gürcüstan Daxili İşlər Nazirliyi də təyyarənin sərhədin 5 kilometrliyində qəzaya düşdüyünü açıqlayıb.

Stopnarkotik.az