"Titanik" gəmisinin əvvəllər görülməmiş görüntüsü ortaya çıxdı

İlk dəfə hərtərəfli tədqiqat nəticəsində "Titanik" gəmisinin əvvəllər görülməmiş görüntüsü ortaya çıxıb.

Atlantik okeanının 3800 metr dərinliyində yerləşən dünyanın ən məşhur gəmisinin ilk tam ölçülü 3D görüntüsü dərin dəniz xəritəsindən istifadə edilərək yaradılıb.

Ümid var ki, bu, 1912-ci ildə batmış laynerin başına gələnlərə yeni işıq salacaq.

"Titanik"in Southampton-dan New York-a başa çatmamış ilk səyahətində aysberqə çırpılması nəticəsində 1500-dən çox adam həlak olub.

"Titanik" analitiki Parks Stephenson BBC News-a deyib: "Gəmi ilə bağlı hələ də cavablandırılmalı suallar, əsas suallar var".

O söyləyib ki, hazırlanan model "Titanik" hekayəsinin fərziyyəyə deyil, sübuta əsaslanan araşdırmaya yönəldilməsi baxımdan ilk böyük addımlardan biridir".

"Titanik"in qalıqları 1985-ci ildə aşkar edildikdən sonra geniş şəkildə tədqiq edilib.

Ancaq gəmi o qədər böyükdür ki, dərinliklərin zülmətində kameralar bizə onu bütünlükdə yox, yalnız çürümüş hissələrin heyrətamiz görüntülərini göstərirdi.

Yeni çəkiliş qalıqları tam şəkildə çəkərək "Titanik"in tam görüntüsünü ortaya çıxarıb. Gəmi iki hissədən - burnu və gövdəsi və təxminən 800 metr uzunluğunda, qırılaraq gəmidən ayrılmış arxa hissədən ibarətdir. Sınıq gəmini nəhəng dağıntı sahəsi əhatə edir.

Layihə 2022-ci ilin yayında dərin dəniz xəritəçəkmə şirkəti olan Magellan Ltd və layihə haqqında sənədli film çəkən Atlantic Productions tərəfindən həyata keçirilib.

Xüsusi gəminin göyərtəsində bir qrup tərəfindən uzaqdan idarə olunan sualtı qayıqlar 200 saatdan çox qalıqların uzunluğunu və enini araşdırıblar.

Onlar hər tərəfdən 700 mindən çox şəkil çəkərək "Titanik"in dəqiq 3D görüntüsünü yaradıblar.