Tiflisdə güllə səsləri: etirazçılar atəşə tutuldu / YENİLƏNİB - 2

Polisin etirazçılara rezin güllələrdən istifadə etməyib.

Stopnarkotik.az apa-ya istinadən verir ki, bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Aleksandre Darakvelidze keçirdiyi brifinqdə bildirib.

O, polisin yalnız gözyaşardıcı qaz və su şırnağından istifadə etdiyini deyib.

Darakvelidze nümayişçilərin parlamentə daxil olmağa çalışdığını, polisə gözyaşardıcı qazdan istifadə etdiyini əlavə edib.

Yerli KİV rezin güllə nəticəsində bir nəfərin gözündən yaralanması, daha bir nəfərin isə qazdan zəhərlənməsi ilə həmin şəxslərin xəstəxanaya aparılması barədə məlumat yayıb.

***00:04

Xüsusi təyinatlılar Tbilisidə parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı rezin güllələrdən istifadə ediblər.

Məlumata görə, ən azı bir nəfər yaralanıb.

O, təcili yardım maşınına aparılıb və ilkin tibbi yardım göstərilib.

Mənbə: TASS

***23:12

GÜRCÜSTAN POLİSİ GERİ ÇƏKİLDİ - DİN: "Etirazçılar istədikləri yerdə  mitinq keçirə bilərlər" 

Parlamentin bütün girişləri polis, xüsusi təyinatlılar tərəfindən tərk edilib.

Stopnarkotik.az xəbər verir ki, “Gürcü arzusu” Partiyasının deputatları parlament binasından çıxdıqdan sonra xüsusi təyinatlılar qanunverici orqanın ətrafındakı ərazini tərk edərək, binanın Gürcüstan Xüsusi Dövlət Mühaf Xidmətinin yanında yerləşən həyətinə keçiblər.

Hüquq-mühafizə orqanları əməkdaşlarının meydanı tərk etməsi etirazçıların alqışları və fit sədaları ilə müşayiət olunub. Onlar “ruslar”, “qullar” şüarları səsləndirdilər. Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları deputatların təhlükəsiz çıxışını təmin edərək parlamentə bitişik ərazini tamamilə tərk ediblər. Nazirlikdən bildirilib ki, etirazçıların istədikləri yerdə mitinq keçirmək imkanı var: “Daxili İşlər Nazirliyi siyasi partiya rəhbərlərini, aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunu pozmamağa, dinc şəraitdə aksiya keçirməyə və zorakılıq xarakterli hərəkətlərə yol verməməyə çağırır”.

Etirazçılar parlament binası ətrafından başqa digər yerlərdə də aksiya keçirirlər.