Narkotik epidemiyasını qızışdıran dərman şirkətləri 7,4 milyrad dollar cərimə edildi

Texasda  “Purdue Pharma” və onun sahibləri olan Sackler ailəsi ilə 7,4 milyard dollarlıq razılaşma qüvvəyə minib. Bu barədə ştatın baş prokuroru Ken Pakston açıqlama verib. 

Stopnarkotik.az xəbər verir ki, bu razılaşma şirkəti opioid epidemiyasının qızışdırılmasındakı roluna görə məsuliyyətə cəlb edir. Razılaşma çərçivəsində Texas ştatının 286,5 milyon dollar alacağı gözlənilir. Beləliklə, Baş prokuror Pakston ümumilikdə 3 milyard dollardan çox opioid razılaşması vəsaiti təmin edib.

"İllərdir ki, mən böyük əczaçılıq şirkətlərinin opioid böhranının yaradılmasındakı rollarına görə məsuliyyət daşıması üçün yorulmadan mübarizə aparmışam və bu razılaşma qurbanlar üçün ədalətin təmin edilməsi istiqamətində mühüm addımdır. Heç bir pul opioid böhranının dağıdıcı nəticələrini aradan qaldıra bilməsə də, bu vəsaitlər həm Purdue Pharma və Sackler ailəsini məsuliyyətə cəlb etmək, həm də qurbanların sağalmasına və yenidən qurulmasına kömək etmək üçün istifadə olunacaq", deyə Pakston bildirib.

Bundan əlavə, razılaşma “Sacklers” şirkətinin ABŞ-da opioid satmasını birdəfəlik qadağan edir və növbəti 15 il ərzində ölkə daxilində icmalarda müalicə, profilaktika və reabilitasiya üçün vəsait ödəməyə təhkim edir. Müqavilə çərçivəsində alınan vəsaitlərin əksəriyyəti ilk üç ildə ştatlara paylanacaq.  “Sacklers” bu gün 1,5 milyard dollardan çox, ardınca 2027-ci ilin may ayında təxminən 500 milyon dollar, 2028-ci ilin may ayında 500 milyon dollar və 2029-cu ilin may ayında 400 milyon dollar ödəyəcək. “Purdue Pharma”həmçinin bu gün təxminən 900 milyon dollar ödəyir.

Müqavilə həmçinin o deməkdir ki, “Purdue” şirkətinin istehsal əməliyyatları bu gündən etibarən “Purdue” ilə bağlı olmayan direktorlar şurası tərəfindən idarə olunacaq “Knoa Pharma MMC”yə ("Knoa") ötürüləcək. Saziş “Knoa” şirkətinə opioidlərin marketinqini qadağan edir və yayınma riskini, yəni reseptli opioidlərin qanunsuz ötürülməsi və ya oğurlanması riskini məhdudlaşdırmaq üçün müstəqil monitorinq qurumu yaradır. Saziş həmçinin “Purdue” və “Sacklers” şirkətlərinin opioid biznesləri ilə bağlı 30 milyondan çox sənədi açıqlamasını təmin edir. 

Stopnarkotik.az