Sosial şəbəkədə təhqiredici ifadələr səsləndirən tiktoker HƏBS OLUNDU

"TikTok" sosial şəbəkəsində təhqiredici ifadələr səsləndirən tiktoker məsuliyyətə cəlb olunub.

Stopnarkotik.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən müvafiq tədbirlər nəticəsində Fikrət İsayev saxlanılıb.

Toplanmış materiallar əsasında iş məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, o, inzibati qaydada həbs edilib.