ŞOK ƏMƏLİYYAT: 142 kq narkotik ələ keçdi, 2 nəfər saxlanıldı / VİDEO

"Bu müharibəni təkcə ölkəmiz üçün deyil, həm də bəşəriyyət üçün aparırıq"

Şırnakda "Narkotik Qaçaqmalçılığına Qarşı Mübarizə" çərçivəsində keçirilən əməliyyatda 142 kq metamfetamin müsadirə edilib.

Stopnarkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şırnak Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsi tərəfindən aparılan araşdırmalardan sonra narkotik daşıyan yük maşınını hədəf alan əməliyyatda iki şübhəli saxlanılıb.

"Narkotiklərlə mübarizə sadəcə daxili təhlükəsizlik məsələsi deyil; bu, qlobal təhlükəsizlik mübarizəsidir.

Biz narkotiklərə qarşı tam müharibə elan etmişik! Biz bu müharibəni təkcə ölkəmiz üçün deyil, həm də bəşəriyyət üçün aparırıq", - deyə rəsmi açıqlamada bildirilir.

Stopnarkotik.az