"Sinaloa" narkotik kartelinin lideri ABŞ-a ekstradisiya edildi - Bayden: "Bu, ədalət üçün yaxşı gündür”

Meksika hakimiyyəti böyük Sinaloa narkotik kartelinin liderlərindən biri Nestor İsidro Peres Salası ABŞ-a ekstradisiya edib.

Bu barədə Amerika lideri Co Baydenin şənbə günü Ağ Evin mətbuat xidməti tərəfindən yaydığı yazılı bəyanatında deyilir.

"Bu gün Meksika hökuməti Nestor Isidro Peresi "El Nini" Salas mühakimə olunmaq üçün ABŞ-a ekstradisiya etdi", - deyə Bayden bildirib.

“Birləşmiş Ştatlar onu sintetik opioid - fentanil qaçaqmalçılığında, həmçinin çoxsaylı rəqiblərin, şahidlərin və başqalarının qətlində, işgəncə və oğurlanmasında ittiham edir. Bu, ədalət üçün yaxşı gündür”, - ABŞ prezidenti vurğulayıb.

Peres Salas 2023-cü il noyabrın 22-də Meksika hakimiyyəti tərəfindən saxlanılıb. ABŞ onun dərhal ekstradisiyasını tələb edib. Bayden verdiyi yazılı açıqlamada Perez Salasın ABŞ və Meksikada ən çox axtarılan qaçaqlar arasında olduğunu qeyd edib.