Braziliyanın San-Paulo şəhərində dəhşətli təyyarə qəzası baş verib.
Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, biznes təyyarəsi şəhərin ortasına düşüb.
Bildirilir ki, təyyarə məcburi eniş etməyə cəhd göstərib və nəticədə bir neçə nəqliyyat vasitəsinə çırpılıb.
Təyyarədən başqa, avtobus və digər maşınlar da yanıb.
Qəza yerində azı iki nəfərin öldüyü bildirilir. Yaralıların sayı dəqiqləşdirilir.
Hadisənin başvermə səbəbi araşdırılır.