Bakıda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu M.Rüstəmov küçəsi 21 ünvanında yerləşən kafedə İsgəndərov Sabir İlqar oğlu aralarında yaranmış mübahisə zamanı Eyvazov Rəșad Elyaz oğluna sol qol və döş qəfəsinə biçaqla qəsdən ağır bədən xəsarətləri yetirib.
Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 126.1-ci maddəsi ilə cinayət iși başlanılaraq istintaq aparılır.