Sosial şəbəkələrdə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Stopnarkotik.az xəbər verir ki, görüntülərdə onun bayrağı cırmağa çalışması, hörmətsiz davranış sərgilədiyi əks olunub.
Hadisəyə müdaxilə edən digər gənc isə onu dərhal dayandıraraq kənara çəkir və bayrağa hörmət göstərməsini tələb edir.
Gəncin müdaxiləsindən sonra hörmətsizlik edən şəxs bayrağımızı öpərək, ərazidən uzaqlaşıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.
Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.