Türkiyədə CHP-nin idarə etdiyi Antalya Böyükşəhər Bələdiyyəsindəki korrupsiya ilə bağlı araşdırma zamanı Böcək ailəsinin qurduğu narkotik şəbəkəsi ifşa olunub.
Muhittin Böcəyin yanıb-sönən işıqları olan avtomobilinin yalnız namizədliyi üçün rüşvət daşımaqdan ötrü yox, həm də kokain daşımaq üçün istifadə edildiyi müəyyən edilib. Bunu Zuhal Böcəyin WhatsApp qeydləri üzə çıxarıb.
Məlum olub ki, izlənmədən yayınmaq üçün həyat yoldaşının telefonundan istifadə edən Gökhan Böcək sürücüsü Onur Nasuhdan və "Anıl" adlı bələdiyyə işçisindən kokain əldə edib. Saqqız qutusunda gizlədilən narkotiklər yanıb-sönən işıqları olan "Skoda"da daşınıb.
Zuhal Böcəyin telefonunda ayaqyoluna atılaraq məhv edilməyə cəhd edilən kristal metamfetaminin (narkotik) görüntüləri Takvim.com.tr saytının əlinə keçib.
Zuhal Böcək mübahisə zamanı əri Gökhan Böcəyi hədələyərək "Bələdiyyə maşınında kokain daşıdığınız da daxil olmaqla hər şeylə bağlı mesajlar var" deyə onu təhdid edibmiş.
Mələk
Stopnarkotik.az